BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ölkələrdən turistlərin gəlməsinə icazə verilməyəcək – Nazir açıqladı

Türkiyə iyundan etibarən koronavirusa yoluxma faktı yüksək olan ölkələrdən turist qəbul etməyəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Onun sözlərinə görə, həmin ölkələr sırasında xüsusilə Rusiya var.

 

“Biz turizm mövsümünə yalnız daxili turizmlə başlayacağıq. Turist gəlməyini gözlədiyimiz ölkələrdəki vəziyyətə baxacağıq. Biz Rusiyadan və koronavirusa yoluxma riski yüksək olan digər ölkələrdən gələnləri qəbul etməyi düşünmürük”, - deyə Qoca bildirib.

 

Nazir, həmçinin, əlavə edib ki, ölkə daxilində səyahətə hazırlaşanlar da xüsusi mobil tətbiqetmədən istifadə etməlidirlər:

 

“Xüsusi kod əldə edilməlidir. Səyahətə çıxmaq istəyən şəxsdə koronavirusa yoluxma riski olarsa, ona icazə verilməyəcək”.

Tarix: 20 May 2020, 20:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin