BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda tur-səyahətlər bahalaşıb - VİDEO

Ötən illərlə müqayisədə aviabiletlər ucuzlaşıb, amma yay ayları üçün olan tur-səyahət qiymətləri bahalaşıb. Xezerxeber.az-ın məlumatına görə, turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, ötən il Türkiyə şəhərlərinə gediş-gəliş qiyməti 750-800 manat olan aviabiletlər indi 450-550 manat arasında dəyişir. Bununla belə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tur-səyahət bahalaşır. Turistlər əsasən yeddi gecə, səkkiz günlük paketlərə üstünlük verirlər. Ötən il ilə müqayisədə indi qiymətlər artıb.

 

Bahalaşma Gürcüstan istiqamətində təklif edilən tur-səyahətdə də müşahidə edilir.

 

Ekspert qeyd edib ki, yay aylarına doğru tələb çox olacağından aviabilet qiymətlərində bahalaşma ola bilər.

 

Tarix: 25 Mart 2024, 00:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin