Vətəndaş Cəmiyyətinin problemləri
Hökumət uzun illərdir Sivil Toplumu təhlükə kimi görür, halbuki QHT sektoru ilə normal iş qurulsa, doğru və işlək qanunlar qəbul olunsa Sivil Toplum istənilən hökumətin pulsuz məsləhətçisinə, sosial, ekoloji, hüquqi problemlərin həllində ciddi rol oynayan instituta çevrilə bilər.
Uzun illərdir hökumət Sivil Tiplumu düşmən kimi alqılayır, bu işin fəlsəfəsini anlamır, qrant almağı aşağılıq kimi təqdim edir – nə qədər qəribədir ki, müxalifətin bir hissəsi də öz rəqiblərinə, opponentlərinə eyni ritorika və kafa ilə qara yaxırlar, digər müxalif qurumlara ləkə vurmaq üçün “qrant” kartını işə salırlar – zatən hökumətlə müxalifətin həmin hissəsi eyni “dalğadadılar”, eyni düşüncə və dünya görüşünə malikdirlər, sadəcə, hökumətdə olanlar əlində olan alətlərlə əməldə sivil toplumu əzir, müxalifətin bir kəsmi isə əlində səlahiyyət yoxdu deyə ancaq qarayaxma ilə məşğuldular. Əllərinə səlahiyyət keçsə bu kafa ilə indiki hökumət kimi davranacaqlar. Onlar da qrantı əskiklik, pis, yaramaz, qara bir iş kimi görürlər.
Hökumətin özünün səhv siyasətinə görə Sivil Toplum siyasiləşdi, halbuki, QHT-lərin əsas işi siyasi fəaliyyət deyil də, sənədlərin hazırlanması, təkliflərin verilməsi, problemlərə institutlaşmış və sistemli yanaşmanın ortalığa çıxarılması olmalıdır. Hökumət siyasi partiyaları əzmək, sıradan çıxartmaq, zəiflətmək yolu tutdu deyə, QHT-lər siyasiləşdi – bu səhv yol idi. Sivil Toplum öz əsl məqsədlərindən kənarda qaldı. Bu gün Dünyanın inkişaf etmiş ölkələrində pandemiyanın gətirdiyi çətinliklərin dəf edilməsində Sivil Toplum çox önəmli rol oynayır – yardımlar paylayır, aztəminatlı ailələrə kömək edir, hökumətlərə təkliflər hazırlayır. Bu sahədə onminlərlə insan çalışır – bu həm könül işi, həm də maaş mənbəyinə dönür, yeni iş yerləri yaradır.
Azərbaycanda son 27 ildə fədakarcasına Sivil Toplum üçün çalışan, sistem yaradan gözəl insanlar olub və var – İntiqam müəllim, Zərdüşt bəy kimi məktəb yaradan, insan yetişdirən, Anar Mammadli və Bashir Suleymanli kimi seçki sahəsində ciddi işlər görən, Azer Mehtiyev, Rovshan Agayev, Samir Aliyev kimi ortalığa ciddi araşdırmalar, sənədlər qoyan insanlarımız var – onların istənilən araşdırması ağıllı hökumətlər üçün yol xəritəsidir, götür, istifadə elə, uğur hekayəsi yarat. Amma, 27 ildir QHT sektorunu könül işi kimi deyil də, biznes kimi görən yanaşan insanlarımız olub-var, onların nə topluma, nə ölkəyə bir xeyri dəyməyib, əksinə, Sivil Toplumun əsl niyyətinin və hədəfinin kənarda qalmasına səbəb olublar. Amma bir daha: Əsas günah və məsuliyyət hökumətdədir – müstəqilliyin ilk illərindən QHT sektoruna yanlış və dışlayıcı yanaşmaları olub.
Məmləkət indi yol ayrıcındadır – ölkənin qarşısında ciddi çağırışlar, problemlər var, görünən odur ki, yenə populist yanaşmalara meyillər artır, əsl Sivil Toplum fəlsəfəsi kənarda qalır. Hökumət mütləq bu sahəyə baxışını dəyişdirməli, qanunvericiliyə ciddi dəyişikliklər etməli, QHT-lərin fəaliyyətinə tam imkan yaratmalıdır. Sivil Toplum da öz mahiyyəti üzrə fəaliyyət göstərməli, hər hansı xarici-daxili çevrələrin oyuncağına çevrilməməlidir. QHT sektoru ölkədə həm minlərlə iş yeri yarada, həm də hökumətin pulsuz konsaltinqinə çevrilə və bu prosesdən hamı karlı, uduşlu çıxa bilər.
İlk öncə qrant məsələsinə həm hökumətin, həm cəmiyyətin münasibəti dəyişməlidir. Qrant pis və çirkli bir şey olsaydı YAP hökuməti son 27 ildə Dünyanın müxtəlif təşkilatlarından və ölkələrindən 1,9 mlrd. dollara yaxın qrant almazdı, məsələn: Dünən Azərbaycan hökuməti koronavirusla mübarizə məsələlərinə görə ABŞ-dan 3,6 mln. dollar qrant alıb, ya da, keçən il hökumət büdcə kəsirinin maliyyələşdirilməsi üçün Avropa Birliyindən 15 mln. avro qrant almışdı.
Sivil Toplum yeni mütərəqqi qanunlar çərçivəsində (yeni qanunvericilik qəbul edilməlidir) tam şəffaf şəkildə işləməli, hökumət də QHT-lərə təhlükə mənbəyi kimi deyil də, məmləkətin problemlərini çözməkdə kömək ola biləcək bir institut kimi baxmalıdır. Belə...
Natiq Cəfərli
İqtisadçı
29 Mart 15:00
29 Mart 14:50
29 Mart 14:14
29 Mart 14:11
29 Mart 14:09
29 Mart 14:03
29 Mart 14:00
29 Mart 13:59
29 Mart 13:55
29 Mart 13:52
29 Mart 13:49
29 Mart 13:42
29 Mart 13:41
29 Mart 13:35
29 Mart 13:33
29 Mart 13:31
29 Mart 13:27
29 Mart 13:25
29 Mart 13:17
29 Mart 13:16
29 Mart 13:11
29 Mart 13:06
29 Mart 13:04
29 Mart 12:59
29 Mart 12:57
29 Mart 12:54
29 Mart 12:43
29 Mart 12:40
29 Mart 12:30
29 Mart 12:23
29 Mart 12:20
29 Mart 12:17
29 Mart 12:11
29 Mart 12:10
29 Mart 11:59
29 Mart 11:57
29 Mart 11:55
29 Mart 11:53
29 Mart 11:47
29 Mart 11:44
29 Mart 11:43
29 Mart 11:31
29 Mart 11:28
29 Mart 11:20
29 Mart 11:18
29 Mart 11:15
29 Mart 11:06
29 Mart 10:56
29 Mart 10:47
29 Mart 10:24
29 Mart 10:10
29 Mart 10:08
29 Mart 10:02
29 Mart 10:00
29 Mart 09:46
29 Mart 09:43
29 Mart 09:39
29 Mart 09:34
29 Mart 09:29
29 Mart 09:21
29 Mart 09:19
29 Mart 09:18
29 Mart 09:17
29 Mart 09:16
29 Mart 09:11
29 Mart 09:07
29 Mart 09:00
29 Mart 08:57
29 Mart 08:53
29 Mart 08:51
29 Mart 08:49
29 Mart 08:45
29 Mart 08:39
29 Mart 08:33
29 Mart 08:29
29 Mart 08:25
29 Mart 08:19
29 Mart 08:15
29 Mart 08:10
29 Mart 08:09
29 Mart 08:06
29 Mart 08:02
29 Mart 08:02
29 Mart 07:18
29 Mart 07:16
29 Mart 07:14
29 Mart 07:11
29 Mart 07:08
29 Mart 07:06
29 Mart 00:03
28 Mart 23:59
28 Mart 23:24
28 Mart 22:58
28 Mart 22:23
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
Ən son xəbərləri səhifəmizdən də izləyin