BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

Son iki ayda əlilliyi olan 4 750 uşağa reabilitasiya xidmətləri göstərilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya müəssisələri tərəfindən bu ilin yanvar-fevral aylarında 18 yaşadək əlilliyi olan 4 750 uşağa reabilitasiya xidmətləri göstərilib.

 

Onlardan 312 nəfəri stasionar, 2 946 nəfəri ambulator, 160 nəfəri icma əsaslı, 1194 nəfəri onlayn, 59 nəfəri ippoterapiya, 79 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

 

Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində və Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunurlar.

Tarix: 25 Mart 2024, 12:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin