BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda daha bir parkinqdə qiymətlər kəskin artırılır

Bakıda Azadlıq meydanının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər artırılır.

 

Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

 

Saatlıq tariflər:

 

0-1 saat - 1 manat

 

1-3 saat - 2 manat

 

3-6 saat - 3 manat

 

6-12 saat - 5 manat

 

12-24 saat 10 manat

 

Aylıq tariflər:

 

12 saatlıq - 100 manat

 

24 saatlıq - 140 manat

 

Qonşular - 75 manat

 

Qeyd edək ki, daha əvvəl bu parkinqdə qiymətlər 0-2 saat - 1 manat, 2-5 saat - 2 manat, 5-12 saat - 3 manat, 12-24 saat - 6 manat təşkil edirdi.

 

Aylıq abunə paketləri isə 12 saat üçün 50 manat, 24 saat üçün isə 80 manat idi.

 

Xatırladaq ki, bundan əvvəl Qış parkının yeraltı avtomobil dayanacağında da qiymətlərin 170 faiz artırılacağı bildirilib.

 

Oxu.az

Tarix: 27 Mart 2024, 10:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin