BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu universitetə yeni rektor təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Elbrus İsayevin Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, sərəncamla Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

 

Dövlət başçısının digər sərəncamı ilə Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

 

Bundan başqa, Prezidentin sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub.

Tarix: 3 Dekabr 2019, 18:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin