BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikdən ölüb?

Martın 31-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir.

 

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.

 

Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.

 

Qeyd: Yeniyetmənin yüksək dozalı narkotik istifadəsindən öldüyü ehtimal olunur.

 

Tarix: 31 Mart 2024, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin