İki azərbaycanlı Yerevanın mərkəzində çəkiliş etdi - VİDEO

Sosial şəbəkələrdə iki azərbaycanlının Ermənistanın paytaxtı İrəvanda yeni çəkdiyi video yayılıb.

 

Pravda.az-ın xəbərinə görə, həmin şəxslər İrəvanın mərkəzində rahat şəkildə gəziblər və görüntülər lentə alıblar.

 

Onlar söhbəti zamanı bu ifadələri də işlədiblər: “Biz yenə də qədim şəhərimiz olan İrəvandayıq. Pandemiya səbəbindən heç yerə çıxa bilmirik.

 

Həmvətənlərimizi 28 May - Respublika günü münasibətilə təbrik edirik. Söz verirəm ki, növbəti video Şuşada çəkiləcək. Ermənistan xüsusi xidmət orqanlarından olan cənablara isə demək istəyirəm ki, siz heç işləyə bilmirsiniz”.Baku.ws

 

Tarix: 21 May 2020, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin