Hərbçiləri daşıyan avtomobil yandı, polkovnik öldü

Ermənistanın Eçmiədzin şəhərində "Mazda" markalı avtomobildə baş verən yanğın zamanı 4 hərbçi yanıq xəsarəti alıb, onlardan biri ölüb.

 

Pravda.az-ın xəbərinə görə, onlar Vazgen Sarqsyan adına Hərbi Universitetin müəllimləridir.

 

Ölən şəxs 57 yaşlı polkovnik Ovik Kosakyandır.

 

Bildirilib ki, yanğınsöndürənlər O.Kosakyanın cəsədini maşında aşkarlayıb.

 

Xəsarət alanlar hərbi universitetin müəllimləri - 58 yaşlı polkovnik-leytenant Aşot Şekikyan, ehtiyatda olan polkovnik, 57 yaşlı Pavel Topçyan və 36 yaşlı mülki şəxs Gevorq Arutyunyandır.Report

Tarix: 21 May 2020, 15:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin