Mərkəzi Bankdan mühüm qərar: Uçot dərəcəsini azaltdı

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, iclasda uçot dərəcəsinin 0,5% bəndi azaldılaraq 8,75%-dən 8,25%-ə endirilməsinə qərar verilib.

 

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0,75% azaldılaraq 12%-dən 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmiş iclasında 10,75%-dən 9,75%-ə, aprelin 22-də keçirilmiş iclasında isə 9,75%-dən 8,75%-ə endirilmişdi.Report

Tarix: 21 May 2020, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin