Olimpiya çempionu dünyasını dəyişdi

Rusiyalı məşhur xokkeyçi Aleksandr Gerasimov dünyasını dəyişib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə mərhum idmançının vaxtilə çıxış etdiyi MOİK-in rəsmi "Twitter" səhifəsi xəbər yayıb.

 

61 yaşında vəfat edən Gerasimovun ölümünün səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, Aleksandr Gerasimov 1984-cü ildə SSRİ yığmasının heyətində Sarayevo Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin MOİK-lə 7 dəfə ölkə çempionu olub.Report

Tarix: 21 May 2020, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin