10-dan çox küçə karantinə bağlandı

Türkiyənin Antalya əyalətinin Serik rayonunda 15 küçə karantinə bağlanıb.

 

Pravda.az-ın xəbərinə görə, bu tədbirlər həmin rayonda yaşayan 12 nəfərdə koronavirusun aşkarlanması ilə bağlıdır.

 

Polis və zabit heyəti saat 00:00-dan etibarən bu küçələrə giriş-çıxışı dəmir baryerlərlə bağlayıb.

 

Koronavirus aşkar edilən şəxslər Serik Dövlət Xəstəxanasında müalicələrini davam etdirir. Yeddi nəfərin koronavirus testinin nəticəsi hələ məlum deyil. Onlar nəzarət altındadır.Qafqazinfo

Tarix: 22 May 2020, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin