Bakıda liftdə qətl

Bakıda arvadını öldürən şəxs tutulub.

Pravda.az-ın məlumatına görə, hadisə ötən gün Binəqədi rayonu Cavadxan küçəsində yerləşən binanın liftində qeydə alınıb.

Bakı şəhər sakini, 1980-cı il təvəllüd Könül Əsgərova qısqanclıq zəminində əri, 1977-ci il təvəllüdlü Hafiz Əsgərov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə törədən H. Əsgərov saxlanılıb. 

Binəqədi rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 22 May 2020, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin