BURADA REKLAMINIZ OLA
BİLƏR

Mayın 25-də “mall”lar açılacaq?

Mayın 24 və 25-i Azərbaycanda Ramazan bayramının qeyd edilməsi gözlənilir. Bayram günlərində iri ticarət mərkəzləri açıla bilərmi?

 

Deputat İqbal Məmmədov bildirib ki, bu kimi qərarları Operativ Qərargah verir: "Operativ Qərargah yoluxanların və sağalanların artma-azalma dinamikasına izləyərək, dünyadakı mövcud vəziyyəti analiz edərək ona uyğun qərarlar verir. Dövlətimizin və cənab prezidentin zamanında gördüyü qabaqlayıcı tədbirlər sayəsində koronavirusun ölkəmizin ərazisində yayılmasının qarşısı alındı. Bilirsiniz ki, iki ay ərzində 600 min nəfərə və sahibkarlara maddi yardımlar edildi. Təbii ki, bu addım vətəndaşlarımıza dövlətimizin və cənab prezidentin verdiyi dəyərin baris nümunəsidir. Bilirsiniz ki, mərhələli şəkildə karantin rejimində yumşalmalar oldu. Həmin yumşalmalar nəticəsində insanların çox toplaşmadığı bir çox müəssisələr və kiçik ticarət mərkəzləri fəaliyyətinə icazə verildi. Son bir neçə günün statistikası insanların bu xəstəliyə biganə yanaşdığını göstərir. Təəssüf ki, insanlarımız sosial məsafə saxlanılmır, qoruyucu tibbi maska və əlcəklərdən istifadə etmir. Nəticədə ölkəmizdə yoluxanların sayı yüzü keçib. Ona görə də iri ticarət mərkəzlərinin nə zaman açılacağı ilə bağlı hər hansı bir fikir səsləndirmək çətindir. Bu barədə dəqiq fikiri Operativ Qərargah deyə bilər. Ticarət mərkəzləri açılsa da sosial məsafə qorunmalı, oraya daxil olan insanların hərarəti ölçülməli, qoruyucu tibbi maskalardan istifadə məcburi olmalı və sanitar-gigyenik qaydalara tam əməl etməlidir. Bizim normal həyata qayıtmağımız insanlarımızdan asılıdır. Düşünürəm ki, vətəndaşlarımız qoyulan qaydalara riyaət etsələr normal həyatımıza tezliklə qayıda bilərik".Sonxeber

Tarix: 22 May 2020, 11:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin