BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın Baş Naziri qərar imzaladı: Sabahdan...

Sabahdan Azərbaycanda Ramazan və 28 May bayramları ilə əlaqədar tətil başlayır.

 

Pravda.az-ın xəbərinə görə, Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar imzalayıb.

 

Qərara əsasən, ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

 

Eyni zamanda xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.

 

Müəyyən olunub ki, bu Qərara nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır, xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

 

Tarix: 22 May 2020, 11:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin