Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu

Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb.

 

Pravda.az-ın xəbərinə görə, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.

 

O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.Report

Tarix: 22 May 2020, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin