Vilayət Eyvazov Əli Əliyevlə bağlı əmr imzaladı

Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin olunub.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, Əli Əliyev Metropolitendə Polis Şöbəsinə rəis təyin edilib.

 

Xatırladaq ki, daha əvvəl bu vəzifədə polis polkovniki Samir Hüseynov idi. O, bir neçə gün əvvəl işdən çıxarılıb.Report

Tarix: 22 May 2020, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin