İcra başçısını tənqid edən bloger həbs edildi - VİDEO

Yardımlı rayonunun problemləri, məmur özbaşnalıqları ilə bağlı videolar çəkib paylaşan, rayon sakini Cəlil Zabitov həbs olunub.

 

Pravda.az-ın xəbərinə görə, xuliqanlıqda ittiham olunan blogerə məhkəmənin qərarı ilə 5 ay həbs cəzası verilib. Rayon sakinləri isə C.Zabitovun saxta ittihamlarla, rayon rəhbərliyinin sifarişi ilə tutulduğunu iddia edirlər.

 

Bildirilir ki, bloger dəflərlə hədələrə, təzyiqlərə məruz qalıb, onun fəaliyyətinin əsas istiqaməti kasıb adamların, haqları olan şəxslərin problemlərini içtimailəşdirmək, məmur özbaşınalıqları barədə məlumat vermək olub.

 

Cəlil Zabitov son zamanlar ölkə mediasının Yardımlı ilə bağlı xəbərlərdə əsas istinad etdiyi mənbə olub. Çünki onun pandemiya ilə bağlı ayrılan yardımların rayon rəhbərliyi tərəfindən mənimsənildiyini sübut edən videoları böyük səs-küyə səbəb olmuşdu.

 

Cəlil Zabitovun saxta ittihamlarla həbs edilməsilə bağlı Prezident İlham Əliyevə müraciət olunacaq.

 

Qeyd edək ki, C.Zabitov rayon məktəblərindən birində dərs deyir, müəllimdir. Himayəsində ağır xəstə olan anası, iki əlil bacı-qardaşı və üç azyaşlı övladı var.Bakupost

 
 
Tarix: 22 May 2020, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin