BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI - FOTO

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Birinci Liqa təmsilçisi "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.

 

Klubun mətbuat katibi Mübariz Süleymanlının Oxu.Az-a verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat "İrəvan"da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

 

Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.

Fotoları təqdim edirik
Tarix: 11 Aprel 2024, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin