BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan badmintonçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında kişilərin şəxsi yarışında 1/4 finala yüksəlib.

 

İlk görüşdə Bolqarıstan təmsilçisi Dimitar Yanakievi 2:0 (21-10, 21-18) hesabı ilə məğlub edən Edi 1/8 finala yüksəlmək uğrunda Sloveniya badmintonçusu Miha İvançiçi mübarizədən kənarlaşdırıb – 2:0 (21-13, 21-13).

 

1/4 finala yüksəlmək üçün danimarkalı Maqnus Yohannesenlə qarşılaşan badmintonçumuz güclü rəqibi ilə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 2:1 (21-19, 12-21, 21-19) hesablı qələbə qazanıb.

 

Edi yarımfinal uğrunda görüşdə fransalı Toma Junior Popovla qarşılaşacaq.

 

Report

Tarix: 11 Aprel 2024, 20:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin