BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hara gedirəmsə, bir oğlan elə bil məni güdür"

Nura Suri bir şəxsin günlərdir onu güddüyünü deyib və həmin şəxsi videosunu paylaşıb.

 

Pravda.az xəbər verir ki, müğənni bildirib:

 

“Dostlar, 2 gündür bir video çəkib sizinlə bölüşmək istəyirəm. Deməli, hara gedirəmsə, bir oğlan elə bil məni güdür. Kepkadadır, üzünü də tam aydın edə bilmirəm. Məncə, məni güdür. Mən heç kimə şikayət də edə bilmirəm, çünki bilmirəm bu adam kimdir, məndən nə istəyir, yoxsa təsadüfdür. İndi evdən çıxıram, əgər həmin adam orada olsa, videosunu çəkib sizinlə bölüşəcəm. Mənim özümə də çox təəccüblüdür”.

 

Tarix: 11 Aprel 2024, 22:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin