BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda insanlar daha çox hansı xəstəlik səbəbindən vəfat edirlər? - VİDEO

Bakıda hər 100 nəfərdən 68-i ürək-damar xəstəlikləri səbəbindən vəfat edir. Xezerxeber.az-ın məlumatına görə, ötən ilin yanvar ayında paytaxtda 900 ölüm hadisəsi qeydə alınıb. Bunun da 610-u, yəni 68 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verib.

 

Bakı Şəhəri Səhiyyə Mərkəzinin hesabatında bildirilib ki, ölümlə nəticələnən xəstəliklər içərisində ürək-damar xəstəlikləri hələ də üstünlük təşkil edir.

 

Həkim Anar Əmrahın sözlərinə görə, təzyiqi olan insanlar həyat tərzini dəyişdirməli, artıq çəkidən azad olmalı, duzdan istifadəni məhdudlaşdırmalıdırlar.
Qeyd edək ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdədir.

 

Tarix: 12 Aprel 2024, 01:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin