BURADA REKLAMINIZ OLA
BİLƏR

"Avropa Liqası": "Atalanta" 1/4 finalın ilk oyununda səfərdə "Liverpulu" darmadağın edib

UEFA Avropa Liqasının 1/4 final mərhələsində ilk oyunlar keçirilib.

 

Gecə bir sıra sensasiyalı nəticələrlə yadda qalıb.

 

Belə ki, İtaliyanın "Atalanta" klubu səfərdə İngiltərə "Liverpul"una 3:0 hesabı ilə qalib gəlib. Qolları Canluka Skamakka (38, 60-cı dəqiqə) və Mario Pasaliç (83) vurub.

 

Digər oyunda İtaliyanın iki nəhəngi - "Milan" və "Roma" üz-üzə gəlib. Qırmızı-qaralılar gözlənilmədən öz meydanlarında məğlub olublar. Oyunda yeganə qolu 17-ci dəqiqədə Canluka Mançini vurub.

 

UEFA Avropa Liqası


1/4 final, ilk oyunlar


11 aprel


23:00. “Milan” (İtaliya) – “Roma” (İtaliya) - 0:1


23:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya) - 0:3


23:00. “Bayer 04” (Almaniya) – “Vest Hem” (İngiltərə) - 2:0


23:00. “Benfika” (Portuqaliya) – “Marsel” (Fransa) - 2:1.

 

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 18-də keçiriləcək.

 

Report

Tarix: 12 Aprel 2024, 01:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin