BURADA REKLAMINIZ OLA
BİLƏR

Açıq havada toy keçirməyə icazə var? - AÇIQLAMA

“Toyların keçirilməsinin bərpası mümkün deyil. Bu kimi tədbirlərin açıq havada keçirilməsi müzakirə olunub, lakin mütəxəssislər bunu təhlükəli hesab edirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bu fikirləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

 

O qeyd edib ki, əgər nəsə yeni qərar olsa, ictimaiyyətə açıqlanacaq.

 

R.Bayramlı əlavə edib ki, yoluxma halları intensiv olarsa, qırmızı zona yaradıla bilər: “Bu gün üçün ölkədə belə zona yoxdur”.

Tarix: 22 May 2020, 18:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin