BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: "Allahşükür Paşazadənin sülhə çağırışları əsl din xadiminə yaraşan sözlər, fikirlərdir, təqdir olunmalıdır"

Şeyxülislam Allahşükür Paşazadəyə cəmiyyətdə heç vaxt birmənalı münasibət olmayıb, amma onun son açıqlamaları, sülhə çağırışları əsl din xadiminə yaraşan sözlər, fikirlərdir, təqdir olunmalıdır. Amma Ermənistanın din xadimləri, demək olar ki, hər gün müharibəyə, işğala, qonşu torpalarına göz tikməyə çağırışlar edir, cəmiyyətin radikallaşmasına səbəb olur, sülhə böyük maneəyə çevrilirlər.

Pravda.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli bildirib.


"Paşinyan və komandasının erməni xəyallarını, mental dünyasını “təmir” etmək cəhdlərinin qarşısda duran ciddi maneələrdən biri də məhz həmin ölkənin din xadimləri, onillərdir “göbəkdən” Rusiyaya bağlı olan “Eçmiədzin”-dir.
Şeyxin sülhə, əminamanlığa çağırıçlarına Ermənistan din xadimləri əsl “terrorist” kimi cavab verdilər - Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının arxiyepiskopu Mikayel Ajapaxyan deyib ki, sitat: “Əgər ermənini ərazilərin verilməsi narahat etmirsə, o, erməni deyil. Erməni deyə bilməz ki, biz Naxçıvanı tərk etməliyik, Artsaxdan əl çəkməliyik ki, “dinc yaşayaq”. Belə olmaz!”. Yəni, adam Naxçıvana, Qarabağa iddialardan əl çəkmir, erməni yaddaşının, mental qavramının “təmirini” sabotaj edir – belə din xadimi olmaz, din insan haqqındadır, torpaq haqqında deyil. Məncə, onları danışdıranlar elə erməni xalqının düşmənləridir, bunu nə qədər tez anlasalar, bir o qədər tez “sağalacaqlar”", - o qeyd edib.

Tarix: 12 Aprel 2024, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin