BURADA REKLAMINIZ OLA
BİLƏR

Dərnəgüldə fəaliyyət göstərməyən zavod ərazisində yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

 

FHN-dən verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində zavodun ərazisində 50 m² sahədə müxtəlif tərkibli tullantılar yanıb.

 

Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub.

 

Tarix: 12 Aprel 2024, 17:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin