BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftçalada saxlanılan narkotacirlərdən biri axund imiş - YENİLƏNDİ

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.

 

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

 

17:58

 

Neftçala rayonunda axund narkotacir kimi həbs edilib. Bakupost.az-ın məlumatına görə, ötən gecə Daxili İşlər Nazirliyinin əməkdaşları rayonda narkotikin istifadəsinə və satışına qarşı əməliyyat keçiriblər.

 

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlardan biri axund Samid Şakir oğlu Salamov olub. O, rayonda Kərbəlayi Samid kimi tanınır.

 

Neftçalada mədrəsədə çalışırmış.


Axund Samid Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Tarix: 12 Aprel 2024, 19:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin