BURADA REKLAMINIZ OLA
BİLƏR

“Formula-1”: 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək

“Formula-1” üzrə dünya çempionatının 2025-ci il mövsümünün təqviminin ilkin versiyası açıqlanıb.

 

Bu barədə yarışın mətbuat xidmətindən bildirilib.

 

Vurğulanıb ki, sayca 9-cu olacaq Azərbaycan Qran-prisi gələn il sentyabrın 19-21-də baş tutacaq.

 

Qeyd edək ki, təqvimin yekun versiyası payızda təsdiqlənir və ilkin versiyadan, demək olar ki, fərqlənmir.

 

Xatırladaq ki, Bakıda builki yarış sentyabrın 13-15-də gerçəkləşəcək.

Tarix: 12 Aprel 2024, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin