BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünyanın ən yaşlı siam əkizləri vəfat ediblər

ABŞ-də siam əkizləri Lori və Corc Şapellər 62 yaşında vəfat ediblər.

 

Bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilib.

 

Əkizlər aprelin 7-də Pensilvaniya Universitetinin xəstəxanasında vəfat ediblər. Şapellər indiyə qədər qeydə alınan ən yaşlı ikinci siam əkizlərindən doqquz il daha çox yaşayıblar.

 

Lori və Corc 18 sentyabr 1961-ci ildə anadan olublar.

 

Siam əkizlərinin ölüm səbəbi məlum deyil.

 

Oxu.az

Tarix: 13 Aprel 2024, 07:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin