“Bu gün Yaxın Şərq regionunda vəziyyət drammatikləşir. İranla İsrail arasında müharibənin qaçılmaz olduğu haqqında mövqe daha da güclənib. Bunu şərtləndirən amillər var. Artıq Almaniya öz vətəndaşlarına xəbərdarlıq edib ki, İrandan çıxsınlar. Eyni zamanda Almaniyadan İrana uçuşlar da dayandırılıb. İranın siyasi-hərbi rəhbərliyi birmənalı şəkildə söyləyir ki, İsraili cəzalandıracaq. İranla birbaşa əlaqədə olan Hizbullah tərəfindən də İsrail istiqamətində təzyiqlərin artdığı bəllidir. Bu, müharibənin ilkin işartıları kimi qiymətləndirilə bilər. Paralel olaraq ABŞ Prezidenti Cozef Bayden də bildirdi ki, İsraillə İran arasında müharibə başlayacağı təqdirdə rəsmi Vaşinqton İsrailin yanında olacaq, onu dəstəkləyəcək və bu, İran üçün çox səhv addım olar, heç bir halda uğur qazanmayacaq. Göründüyü kimi, hadisələrin inkişafı göstərir ki, istənilən vaxt müharibə başalaya bilər. Artıq gün, saat məsələsidir, bu kimi yanaşmalar çoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, İran və İsrail arasında müharibənin başlanması regionda geosiyasi vəziyyəti kökündən dəyişə bilər: “Nəzərə alsaq ki, İran Azərbaycanla qonşu dövlətdir. Məşhur deyim var, “qonşuda ev yanırsa, külək o yanğını başqa evlərə də yaya bilər”. Bu baxımdan, qonşuda “evin yanması” təhlükəli hadisədir. İranda 40 milyondan artıq azərbaycanlı soydaşımız yaşayır. Müharibə başlayacağı təqdirdə böyük qaçqın ordusu əmələ gələ bilər. Bunları da hesablamaq mümkündür. Buna görə də Azərbaycan dövləti son dərəcə maraqlıdır ki, İranla İsrail arasındakı indiki gərginlik danışıqlar, sülh yolu ilə tənzimlənsin. Düşünürəm, tərəflərdən müraciət olarsa, Azərbaycanın danışıqlarda vasitəçilik missiyası çox səmərəli ola bilər. Çünki yadınızdadırsa, Türkiyə və Rusiya arasında vəziyyət kəskinləşəndə Azərbaycan Prezidenti cənab İlham Əliyevin vasitəçilik missiyası olduqca faydalı oldu. Azərbaycanın İranla da yaxın qonşuluq münasibətlərini, eyni zamanda İrandakı 40 milyondan çox soydaşımızın olmasını faktlarına diqqəti cəlb etsək, Azərbaycanın İsraillə strateji tərəfdaşlıq münasibətlərini nəzərə alsaq, hesab edirəm, Azərbaycanın bu dəfə də vasitəçilik missiyası çox faydalı ola bilər. Təki tərəflər özləri maraqlı olsunlar”.
Aytəkin Qardaşova
28 Aprel 13:46
28 Aprel 13:18
28 Aprel 13:15
28 Aprel 13:14
28 Aprel 13:11
28 Aprel 13:09
28 Aprel 13:03
28 Aprel 13:02
28 Aprel 13:01
28 Aprel 13:00
28 Aprel 12:59
28 Aprel 12:57
28 Aprel 12:51
28 Aprel 12:49
28 Aprel 12:29
28 Aprel 12:28
28 Aprel 12:26
28 Aprel 12:24
28 Aprel 12:23
28 Aprel 12:09
28 Aprel 12:00
28 Aprel 11:58
28 Aprel 11:57
28 Aprel 11:54
28 Aprel 11:51
28 Aprel 11:49
28 Aprel 11:47
28 Aprel 11:29
28 Aprel 11:26
28 Aprel 11:25
28 Aprel 11:14
28 Aprel 11:05
28 Aprel 10:48
28 Aprel 10:48
28 Aprel 10:38
28 Aprel 10:31
28 Aprel 10:27
28 Aprel 10:07
28 Aprel 09:48
28 Aprel 09:44
28 Aprel 09:33
28 Aprel 08:50
28 Aprel 08:50
28 Aprel 08:48
28 Aprel 08:47
28 Aprel 08:40
28 Aprel 08:34
28 Aprel 08:33
28 Aprel 08:03
28 Aprel 06:57
28 Aprel 06:53
28 Aprel 06:51
28 Aprel 06:47
28 Aprel 01:19
28 Aprel 01:18
28 Aprel 01:17
28 Aprel 01:16
28 Aprel 01:14
28 Aprel 01:12
28 Aprel 00:09
27 Aprel 22:12
27 Aprel 22:08
27 Aprel 21:45
27 Aprel 20:48
27 Aprel 20:36
27 Aprel 20:32
27 Aprel 20:29
27 Aprel 19:34
27 Aprel 18:44
27 Aprel 17:40
27 Aprel 17:34
27 Aprel 17:33
27 Aprel 17:23
27 Aprel 17:21
27 Aprel 16:54
27 Aprel 16:39
27 Aprel 16:08
27 Aprel 15:55
27 Aprel 15:14
27 Aprel 14:59
27 Aprel 14:53
27 Aprel 13:55
27 Aprel 13:54
27 Aprel 13:52
27 Aprel 13:50
27 Aprel 13:46
27 Aprel 13:38
27 Aprel 13:36
27 Aprel 13:35
27 Aprel 13:32
27 Aprel 12:29
27 Aprel 12:16
27 Aprel 11:35
27 Aprel 11:31
27 Aprel 11:29
27 Aprel 09:47
27 Aprel 09:15
27 Aprel 09:02
27 Aprel 08:54
27 Aprel 08:48
27 Aprel 00:01
27 Aprel 00:00
26 Aprel 23:53
26 Aprel 23:49
26 Aprel 22:28
26 Aprel 22:26
26 Aprel 22:24
26 Aprel 22:12
26 Aprel 21:50
26 Aprel 21:48
26 Aprel 21:39
26 Aprel 21:35
26 Aprel 20:12
26 Aprel 19:18
26 Aprel 19:16
26 Aprel 19:14
26 Aprel 19:10
26 Aprel 17:43
26 Aprel 17:26
26 Aprel 17:13
26 Aprel 17:04
26 Aprel 16:37
26 Aprel 15:17
26 Aprel 15:12
26 Aprel 14:01
26 Aprel 13:58
26 Aprel 13:34
26 Aprel 13:18
26 Aprel 13:15
26 Aprel 13:13
26 Aprel 13:12
26 Aprel 13:10
26 Aprel 12:27
26 Aprel 12:00
26 Aprel 11:41
26 Aprel 11:28
26 Aprel 11:26
26 Aprel 11:02
26 Aprel 10:57
26 Aprel 10:36
26 Aprel 10:16
26 Aprel 09:44
26 Aprel 09:40
26 Aprel 09:37
26 Aprel 09:15
26 Aprel 09:14
26 Aprel 09:08
26 Aprel 09:07
26 Aprel 09:05
26 Aprel 09:03
Ən son xəbərləri səhifəmizdən də izləyin