BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün - SENSASİYA

Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir.

 

“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”. Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.

 

Məlumatda o da bildirilir ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub. İcra başçısı onun özəlləşdirərək özünə ev edib.Yenisabah

 

Tarix: 22 May 2020, 19:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin