BURADA REKLAMINIZ OLA
BİLƏR

Lamiyyə bu verilişin aparıcısı olacaq

Aparıcı Lamiyyə Ələkbərovanın yeni layihəsi bəlli olub.

 

Axşam.az-ın məlumatına görə, o, MTV-də "Səhər görüşləri Lamiyyə Ələkbərova ilə" proqramına aparıcılıq edəcək. 

 

"Bu gündən etibarən şənbə-bazar günləri sizin görüşünüzə gələcəyəm. Səhər görüşləri mən Lamiyyə ilə olacaq", deyə aparıcı proqramın ilk buraxılışında bildirib.

 

Qeyd edək ki, Lamiyə həm də MTV-də musiqi departamentinin direktorudur.

 

L.Ələkbərova 1995-2006 cı illərdə AzTV-də layihə rəhbəri, aparıcı və rejissor kimi çalışıb. 2006-cı ildən 2017-ci ilə qədər hazırda fəaliyyəti dayandırılan "Lider TV"də baş rejissor, teleaparıcı və direktor müavini vəzifəsini tutub. 2017-2018-ci illərdə İctimai TV-də Musiqi, əyləncə və xüsusi layihələr departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2018-ci ildə "Mədəniyyət" kanalında direktor müavini vəzifəsində çalışır. Sonuncu çalışdığı kanal isə "Kanal S" olub. 

 

Daha əvvəl sözügedən vaxtlarda yayımlanan "10-da görüşək" proqramının aparıcısı Samir Bayramlı idi.

Tarix: 13 Aprel 2024, 17:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin