“Elə bilirlər ki, İdman naziri idmançı, Mədəniyyət naziri musiqiçi, Təhsil naziri isə müəllim olmalıdır”

Azərbaycanda hər hansı bir nazir işdən çıxarılan kimi həmən onun yerinə kimin təyin ediləcəyi müzakirə obyekti olur – təbiidir, sistem elə qurulub ki, hamı “yaxşı insan” axtarışına çıxır. Əslində nazir siyasi vəzifədir – elə olmalıdır, təyin olunan şəxs hökumətin siyasi proqramına uyğun şəxs olmalıdır. Faciə də budur ki, bizdə hökumətin özü siyasi deyil, bu günə qədər “vizion” ortalığa qoymayıb. Hökumətin siyasi xətti nədən ibarətdir – bu sualın cavabı yoxdur. Siyasi hökumətlər olanda nazir postuna təyin olunacaq şəxslər öz sahəsinin peşəkarı olmaya da bilər – hökumətin siyasi xəttini tam anlasa, yerinə yetirmək üçün planı-proqramı olsa yetər.

 

Bizdə elə bilirlər ki, İdman Naziri idmançı, Mədəniyyət Naziri musiqiçi, Təhsil Naziri isə müəllim olmalıdır – belə bir dünya artıq yoxdur. Mənim dediklərimin olması üçün isə peşəkar məmuriyyət sinfi yaranmalıdır, ortadan bir addım yuxarı, orta və kiçik məmurlar siyasi yox, peşəkar olmalı, hökumətlər seçki ilə dəyişəndə heç kəs onlara dəyib-toxunmamalıdır.

 

Həmin peşəkar sinif siyasət dəyişikliyinə və qanunılara uyğun öz işlərini tənzimləməlidirlər. Nazir, müavinləri siyasi və vizion sahibi olan insanlar olmalıdırlar. Normal sisten quranda məhz belə olacaq...

Tarix: 22 May 2020, 21:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin