BURADA REKLAMINIZ OLA
BİLƏR

İranın Baş Konsulluğu yandırıldı

İraqın cənubunda şiələrin yaşadığı Nəcəf vilayətində hökumət əleyhinə nümayişlər zamanı etirazçılar tərəfindən İranın Baş Konsulluğunun binası növbəti dəfə yandırılıb.

 

Pravda.az-ın xəbərinə görə, son günlərdə baş verən etiraz aksiyalarında İranın Nəcəfdə yerləşən Baş Konsulluğu artıq üçüncü dəfədir ki, yandırılır.

 

Qeyd edək ki, rəsmi Tehran ötən dəfələrdə analoji hadisə baş verərkən İraq hökumətinə etirazını bildirmişdi. İraqın Xarici İşlər naziri Məhəmməd əl-Hakim konsulluğun yandırıldığına görə iranlı həmkarı Cavad Zərifdən üzr istəmişdi.APA

Tarix: 4 Dekabr 2019, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin