Azərbaycana dolu düşdü

Qazax rayonunun bəzi kəndlərində dolu yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata əsasən, mayın 22-də saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb, təxminən 10 dəqiqə davam edib. Hadisə stansiyadan və məntəqələrdən kənarda​ olduğundan dolunun diametrini​ ölçmək mümkün olmayıb.

 

Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.

Tarix: 22 May 2020, 22:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin