BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə daha bir şirkəti cərimələdi

Suraxanı Rayon Məhkəməsi “Arazplast” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) inzibati qaydada cərimə edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, izolyasiya materialları istehsal edən zavod 6 000 manat cərimə edilib.

 

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 244.2-ci (Meşə fondu torpaqlarının münbit qatının korlanması) maddəsi ilə təqsirli bilib.

 

Bu inzibati xətaya görə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

 

"Arazplast” izolyasiya materialları və köpüklü polietilen istehsal edir.

Tarix: 4 Dekabr 2019, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin