Qərar verildi: 15 iyuladək...

Ləğv prosesində olan “AG Bank” ASC-nin kreditorları 2 iyun 2020-ci il tarixindən kreditor tələbinin qeydiyyata alınması ilə bağlı müraciət edə bilərlərlər.

 

Əmanətlərin Sığortalanması Fondundan Pravda.az-a verilən məlumata görə, müraciətlər Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisində qəbul olunacaq.

 

Kreditor tələbləri qeydiyyatı 15 iyul 2020-ci il tarixinədək aparılacaq. Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların 16 iyun 2020-ci il tarixindən ödənilməsi nəzərdə tutulur.

Tarix: 23 May 2020, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin