BURADA REKLAMINIZ OLA
BİLƏR

İşğal altında olan kəndlər Azərbaycana qaytarılır - Əvvəlcə 4-ü, sonra isə... - AÇIQLAMA

“Əvvəlcədən də demişdik ki, Ermənistan sülh müqaviləsinin bağlanmasından boyun qaçırır, prosesi uzadırsa, deməli,  atəşkəsin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və təxribatlara yer hazırlayır. Aprelin 5-də keçirilən Brüssel görüşündən sonra çox şeylər aydınlaşdı. Gördük ki, görüşün ardından atəşkəsin pozulması, ritorikada dəyişiklik, vəziyyəti gərginləşdirməyə doğru aparan ab-hava hökm sürür. Bu istiqamətdə proses inkişaf edir. Ermənistanın silahlandırılması fonunda proseslər bir-birini tamamlamaq üzrədir. Buna görə də atəşkəsin pozulmasında təəccüblü heç nə yoxdur. Bizim üçün əsas vəziyyəti qiymətləndirməkdir. Ermənistanı sülh müqaviləsi bağlamaqdan qaçırsa, deməli, hansısa proseslər baş verib. Fərqi yoxdur, bu, daxildən sülh müqaviləsinə imza atmamaq üçün göstərilən təzyiqin nəticəsidir, yoxsa xaricdən. Düşünürəm, hər halda xarici təzyiqlərin nəticəsidir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. 

Polkovnik bildirib ki, havadarları Ermənistanı sülh müqaviləsindən çəkindirir: “Bunun əvəzinə isə onlara silahlandırma və digər vədlər verərək Ermənistan xalqının gələcəyini faciəyə doğru aparırlar. İndi sual yaranır ki, niyə atəşkəs son zamanlar tez-tez pozulur, məsələ gərginləşməyə doğru gedir? Prosesdə Ermənistanın havadarları - birinci növbədə Avropanın lokomotivi olaraq Fransa, ABŞ də müəyyən rol oynayır. Belə halda, onlar Ermənistan-Azərbaycan sülh müqaviləsinin olmamasından istifadə edərək Cənubi Qafqazda, Ermənistan ərazisində öz maraqlarını təmin etmək üçün şərait yaradırlar. Guya Ermənistan ordusu dağıdılıb, Ermənistan üçün Azərbaycan tərəfdən təhlükə var və s. kimi bəhanələri əsas götürüb gərginliyi inkişaf etdirir, müəyyən qurumlara müraciət edir, maliyyə dəstəyi almağa nail olurlar. Eyni zamanda Ermənistanın havadarları öz maraqlarını təmin etmək üçün şəraiti nədən yarada bilərlər? Bilirik ki, hazırda Avropanın müşahidə missiyası var. Təbii ki, missiyanın sayını çoxaltmaqla bağlı mütəmadi məsələlər qaldırılır. Bu, elə-belə deyil. Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olmalıdır ki, bunun fonunda onların havadarları sərhəddə Ermənistan tərəfindən müşahidə missiyasının sayını artıraraq gələcəkdə öz çirkin maraqları üçün şərait yaratsınlar. Paralel olaraq ermənilərin atəşkəsi pozmaq, yaxud hansısa təxribatlara əl atmalarının digər məqsədi budur ki, bir güllə ilə iki dovşan vursunlar. Şərti sərhəddə gərginlik yaradaraq Rusiyanı və KTMT-ni bu prosesə qoşmaq istəyirlər. Qoşulmurlarsa, bunun içində ermənilər tərəfindən törədilə biləcək təxribatları da, Azərbaycan tərəfinin onlara adekvat cavabını da nəzərə almaq lazımdır. Hələ də sərhəd yoxdur, şərti sərhəddir. Hhazırda Rusiya və Ermənistan, KTMT və Ermənistan arasındakı soyuq münasibətləri nəzərə alsaq, təbii ki, həm Rusiya, həm də KTMT-nin Ermənistanla Azərbaycan arasındakı hər hansı gərginliyə müdaxilə etməsi ehtimalı çox azdır. Ermənistan və onun havadarlarının təzyiqi ilə şüarlar səsləndiriləcək ki, Rusiya-KTMT Ermənistanın təhlükəsizliyini təmin edə bilmir. Buna görə də Ermənistan məcburdur ki, yeni təhlükəsizlik zəmanəti verən istiqamətə müraciət etsin. Bu isə Avropa və ABŞ-dir. Gələcəkdə Azərbaycan tərəfindən ola biləcək təhlükənin qarşısını almaq, Ermənistanın təhlükəsizliyini təmin etmək şüarı altında müəyyən qüvvələri sərhədə yerləşdirmək niyyətində ola bilərlər. Gələcəkdə buna nail olsalar, təbii ki, Ermənistandakı Rusiyaya qarşı olan qüvvələrlə Rusiyanın toqquşması da istisna edilmir. Amma bunun baş verəcəyini düşünmürəm. Rusiya öz imkanlarından hələ istifadə etməyib. Sadəcə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova və hansısa deputatlar adından fikirlər söylənilib. Ancaq nə Ermənistanın Rusiyaya qarşı, nə də Rusiyanın cavab olaraq Ermənistana qarşı konkret addımı yoxdur. Sadəcə, söz üstündədir. Rusiyanın rıçaqları yetəri qədər çoxdur. Düşünmürəm ki, Rusiya bunu izləmir. Səbirli yanaşır, çünki bilir ki, hər zaman istədiyinə çata bilər. Məhz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşdirilməsi süni xarakter daşıyır. Azərbaycan Ermənistan və onun havadarlarının niyyətini çox yaxşı anlayır. Buna görə də səbirli və adekvat cavab verərək qarşı tərəfi yerində oturdur. Hhazırda Qazaxın 8 kəndinin qaytarılması məsələsi gündəmdədir. Hələlik Paşinyanın özünün və bir sıra iqtidaryönlü deputatların tutduqları çıxışlarından görürük ki, onlar bu prosesdə pozitiv mövqe tuturlar. Düşünürəm, kəndlər Azərbaycana qaytarılacaq. Əvvəl 4 kənd qaytarılacaq, sonra qalan kəndlərin məsələsi qanuni şəkildə həll olunacaq. Buna heç bir şübhəmiz yoxdur. İstənilən halda Azərbaycanın “Dəmir Yumruq”u hazır vəziyyətdədir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev deyib ki, nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Çünki Ali Baş Komandanımız öz Ordusuna inanır və bilir ki, hər an Azərbaycan Ordusu qarşıda qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir, hazırdır, öz Ali Baş Komandanına sadiqdir. Bütün proseslər nəzarət altındadır. Digər proseslər Ermənistanın daxilindəki proseslərdir. Hər hada Ermənistanın bugünkü mövqeyi və hərkəti “keçinin əcəli çatınca buynuzunu çobanın çomağına sürtər” misalına oxşayır. Haçan çomaq işə salınacaq onda çomağın gücünü görərək keçi də öz yerini tutacaq... “Çomaq” deyəndə Rusiyanı nəzərdə tuturam”. 

 

Aytəkin Qardaşova 

Tarix: 16 Aprel 2024, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin