Tarixdə açıqlandı: İyunun 3-də...

Futbol üzrə Portuqaliya çempionatında mövsüm iyunun 3-də davam etdiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə yarışın rəsmi saytı bildirib.

 

Yarışın təşkilatçıları artıq Primeyranın 33-cü tura qədər oyunlarının yarış cədvəlini də yayımlayıblar.

 

İyunun 3-də keçiriləcək 25-ci turda "Portimonensi" "Jil Visente" ilə, "Famalikan" "Limana" ilə qarşılaşacaq. İyunun 4-də "Maritimu" "Vitoriya Setubal"u, "Benfika" "Tondela"nı sınağa çəkəcək.

 

Həmin gün həmçinin "Vitoriya Qimaraynş" "Sportinq"lə üz-üzə gələcək.

 

Cümə günü, iyunun 5-də "Santa-Klara" "Braqa" qarşılaşması baş tutacaq. Elə həmin gün "Aveş" "Belenenseş"lə gücünü yoxlayacaq. İyunun 6-da, şənbə günü "Boavişta" - "Moreyrensi" “duel”i baş tutacaq.

 

İyunun 7-də, bazar günü "Riu Ave" ilə "Paşsu di Ferreyra" kimin daha güclü olmasını ayırd edəcəklər.

 

Portuqaliya çempionatında mövsüm martın ortalarında koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Hazırda Primeyra cədvəlinə "Portu” başçılıq edir.Report

Tarix: 23 May 2020, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin