BURADA REKLAMINIZ OLA
BİLƏR

Tbilisidə polis “xarici agentlər” haqqında qanuna etiraz edən 11 nəfəri saxladı

Tbilisidə polis “xarici agentlər” haqqında qanuna etiraz edən 11 nəfəri saxlayıb.

 

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

 

Verilən məlumata görə, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif küt əşyalar, o cümlədən daş və butulkalar atıblar. Nəticədə Daxili İşlər Nazirliyinin 1 əməkdaşı xəsarət alıb, nazirliyin avtomobilinə ziyan dəyib.

 

Qeyd edək ki, bu gün paytaxt Tbilisidə Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq izdihamlı aksiya keçirir.

 

Report

Tarix: 16 Aprel 2024, 23:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin