Təyyarə qəzasında 97 nəfər öldü

Ötən gün Pakistanda baş verən təyyarə qəzasında göyərtədə olan 99 nəfərdən 97-si ölüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə məlumatı Sind əyalətinin Səhiyyə Nazirliyi açıqlayıb.

 

Dəqiqləşdirilən məlumata görə, qəza nəticəsində yalnız 2 sərnişin sağ qalıb. Onların vəziyyəti stabildir. Sağ qalanlardan biri Pakistanın “Pəncab” bankının prezidenti Zəfər Məsuddur.

 

Bildirilib ki, indiyədək ölən 19 nəfərin kimliyi məlum olub.Report

Tarix: 23 May 2020, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin