“Məmmədyarov seçki komissiyasının qadın üzvü kimi hamının üzünə dirənib”

“Paşinyan “Qarabağ Ermənistandı, nöqtə” bəyanatı ilə Minsk Qrupu çərçivəsində aparılan danışıqların başına bir güllə çaxdı”.

 

Pravda.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Naminə İctima Forumun (ANİF) prezidenti, politoloq Eldar Namazov bildirib.

 

Politoloq əlavə edib ki, Paşinyan “nöqtə bəyanatı”nadan sonra “Biz heç bir sənəd-zad müzakirə etmirik, torpaqları qaytarmaqdan söhbət belə getmir” bəyanatı ilə danışıqların “fatihəsini oxudu”.

 

“Və nəhayət, Şuşada süfrə açıb, başına güllə çaxdığı və fatihəsini oxuduğu mərhum danışıqların ehsanını da verdi.

 

Elmar Məmmədyarov isə, Qazaxda məntəqə seçki komissiyasının qadın üzvü tək, kişi kimi dirənib hamının üzünə ki, o, ölməyib! O, sizin üçün ölüb, bizim üçün ölməyib!”, - deyə Eldar Namazov vurğulayıb.Yenisabah

Tarix: 23 May 2020, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin