BURADA REKLAMINIZ OLA
BİLƏR

Ata-anasını qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı gənc saxlanldı - YENİLƏNDİ

Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, F.Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Hazırda ibtidai istintaq davam edir.

 

***

06:09

 

Aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

 

Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırma aparılır.

Tarix: 19 Aprel 2024, 07:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin