BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı Mədəniyyət naziri olmaq istəyir

Mədəniyyət naziri Əbülfəs Qarayevin tutduğu vəzifədən azad olunmasından sonra ən çox müzakirə olunan mövzulardan biri yeni nazirin kimliyi ilə bağlıdır. Sosial şəbəkələr və mətbuatda mədəniyyət naziri postuna bir sıra iddialı şəxslərin adları çəkilir. onların arasında bir sıra sənətkarların, millət vəkilləri və dövlət qurumlarının rəhbərlərinin adları var.

 

Pravda.az-ın xəbərinə görə, mədəniyyən naziri postuna açıq iddiasını ortaya qoyan şəxslərdən biri də Səbail Rayon İcra Hakimiyyəti Başcısı Vüqar Zeynalovdu.

 

Vüqar Zeynalov Səbail RİH başcısı təyin olunanadək Bakı şəhər Mədəniyyət idarəsinin rəisi olduğunu əsas gətirərək nazir postuna oturmaq uğrunda ciddi mübarizəyə qoşulub. Etibarlı mənbələr Vüqar Zeynalovun şansının yüksək olmasını bildirirlər.

Hokm.az xatırladır ki, Vüqar Zeynalov bir neçə ildir Səbail RİH başçısı olsa da rayonda ciddi yenilik və uğurlarla yadda qalmayıb.Hökm.az

Tarix: 23 May 2020, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin