BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan keçmiş bələdiyyə sədrindən xəbər var

Goranboy rayonunda rüşvət almaqda təqsirləndirilən Elyar Cəfərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 23-nə təyin edilib.

 

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Cəfərova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, E.Cəfərov Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin sədri vəzifəsində çalışarkən 2020-ci ilin iyununda 33 ha torpaq sahəsinin icarəyə verilməsi üçün vətəndaşdan yeddi min manat rüşvət alıb, lakin verdiyi vədə əməl etməyib.

 

Daha sonra vətəndaş Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və E.Cəfərov həbs olunub.

 

Kamal Məmmədov

 

Tarix: 22 Aprel 2024, 09:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin