BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əli Kərimli ünvanlı dövlət sosial yardımı üçün müraciət etməyib” – Siyavuş Novruzov

“Milli Məclisin üzvləri gəlirləri ilə bağlı 5 ildə bir dəfə deklarasiya verirlər. Hətta deklarasiya düzgün olmadıqda onların namizədliyi qəbul edilmir. Siyasi partiyalar da Mərkəzi Seçki Komissiyasına rüblük və illik maliyyə hesabatı verməlidirlər. Bu baxımdan, YAP ictimaiyyətə də öz gəlirləri və xərcləri ilə bağlı mütəmadi məlumatlar verir. Ancaq bir sıra partiyalar öz fəaliyyəti, gəlir və xərcləri ilə bağlı 0 rəqəmi yazaraq, hesabatı MSK-ya təqdim edir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

“Əgər bir partiyanın maliyyə təminatı yoxdursa, o partiya heç vaxt fəaliyyət göstərə bilməz. Bu cür hesabat təqdim edən partiyalar Azərbaycanda aparıcı partiyalardan biri olmaları iddiası ilə çıxış edirlər. Bu gün ölkədə çirkli yollarla maliyyələşən partiyalar var ki, onlar hesabat verməkdən boyun qaçırırlar. Məsələn, AXCP-nin sədri 15 ildir ki, heç yerdə işləmir, təqaüd almır. Ünvanlı dövlət sosial yardım üçün də bu insanın müraciəti olmayıb. Bəs bu insan hansı vəsait hesabına yaşayır?! Onun ətrafında cangüdənlər, köməkçilər var və nəqliyyat vasitələri ilə təmin olunub. Bütün bunlar hamısı göstərir ki, onlar qaranlıq yollarla maliyyələşirlər” – S.Novruzov qeyd edib.APA

Tarix: 24 May 2020, 07:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin