BURADA REKLAMINIZ OLA
BİLƏR

15 yaşlı qızı evlənmək məqsədi ilə qaçıran şəxsə şərti cəza verildi

Ağstafa Rayon Məhkəməsində 15 yaşlı qızın istəyi ilə, evlənmək məqsədiylə qaçırmaqda təqsirləndirilən Zaman Kərəmovun (şərti) cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamiq Rəsulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, 1998-ci il təvəllüdlü Zaman Kərəmov 14 fevral 2023-cü il tarixdə yaşadığı Ağstafa rayonu ərazisində sevdiyi, 15 yaşlı Nərgiz Quluyevanı (şərti) öz istəyi ilə, evlənmək məqsədiylə qaçırıb. O, qızın razılığı əsasında onunla qəsdən təbii yolla cinsi əlaqədə olub.

 

Hadisədən sonra Zaman Kərəmov cinayət məsuliyyətinə cəlb edilib. 

 

O, məhkəmə ifadəsində deyib ki, əməlindən peşmandır, hazırda Nərgizlə birlikdə xoşbəxt yaşayırlar, bir uşaqları da var. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edib.

 

İstintaq dövründə Zaman Kərəmovun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

 

 

Tarix: 24 Aprel 2024, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin