BURADA REKLAMINIZ OLA
BİLƏR

Söyüşə görə həmkəndlisini çomaqla döyən şəxsə hökm oxundu

Ağcabədi Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Səfər Cəfərzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Səfər Cəfərzadənin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. 

 

İttihama görə, hadisə 18 mart 2024-cü il tarixdə, saat 11 radələrində Ağcabədi rayon Pərioğullar kənd sakində qeydə alınıb.

 

Belə ki, o, həmin kənd sakini Səfər Cəfərzadə heyvanları əkin sahəsində otarmaq üçün aparan həmkəndlisi, zərərçəkmiş Mayıl Həsənovla (şərti) rastlaşıb. Təqsirləndirilən şəxs zərərçəkmişdən hadisədən bir gün əvvəl, axşam saatlarında mobil telefonda onu nalayiq ifadələrlə təhqir etməsinin səbəbini soruşub. Bu zaman onların arasında mübahisə düşüb. Nəticədə Səfər heyvanları otarmaq üçün istifadə etdiyi ağacla Mayılın sol ayağının üst hissəsinə bir dəfə, daha sonra bir neçə dəfə ayaqlarının müxtəlif nahiyələrindən və bir dəfə sifətindən sillə ilə qəsdən vuraraq, ona xəsarətlər yetirib.

 

Hadisədən sonra Səfər Cəfərzadə cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 24 Aprel 2024, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin