BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tələbə qızı oğurlayan şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə adam oğurluğunda Sadiq Nəbiyevin (şərti) barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
 

İttihama görə, 1994-cü il təvəllüdlü Sadiq Nəbiyev evlənmək məqsədilə 30 oktyabr 2021-ci il tarixdə, saat 12:30-da Sumqayıt şəhər avtovağzalında etibarnamə əsasında idarə etdiyi mikroavtobusa sərnişin qismində əyləşmiş zərərçəkmiş Aminə Niyazovanı (şərti) yaşadığı Şamaxı rayonuna aparacağını yalan vəd verərək aldadıb Quba rayonuna aparıb.
 

Belə ki, o, Stansiya Sumqayıt qəsəbəsi ərazisində ailə üzvləri ilə əlaqə saxlamaq istəyən qızın “Samsung” markalı, “Galaxy A50” model mobil telefonu onun əlindən alıb sındıraraq yararsız vəziyyətə salıb. Bundan sonra Aminə təqsirləndirilən şəxsə müqavimət göstərərək mikroavtobusun açıq olan qapısından çıxıb oradan uzaqlaşmaq istəyib. Lakin Sadiq zərərçəkmiş şəxsi tutub saxlayaraq mikroavtobusun qapısını bağlayıb. Bu zaman qızın sağ ayağı qapı arasında qalıb. Nəticədə o, Aminəyə bədən xəsarəti yetirib.
 

Bundan başqa, Sadiq Nəbiyev zərərçəkmiş şəxsin həyat və sağlamlıq üçün təhlükəli fiziki zor tətbiq etmək hədəsi ilə qızı Quba rayonunun Yerfi kəndi ərazisinə aparıb. Həmin ərazidə 31 oktyabr 2021-ci il tarixdə, saat 08 radələrinədək idarə etdiyi mikroavtobusun içərisində saxlamaqla qanunsuz azadlığını məhdudlaşdırıb adam oğurluğu cinayəti törədib.
 

Xatırlatma: Aminə Niyazova Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

 

Kamal Məmmədov

Tarix: 24 Aprel 2024, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin