BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə rüşvət alan vəzifəli şəxsin şikayətini təmin etmədi

Ali Məhkəmədə Goranboy rayonunda rüşvət almaqda təqsirləndirilən Elyar Cəfərovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib.
 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Cəfərova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
 

İttihama görə, E.Cəfərov Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin sədri vəzifəsində çalışarkən 2020-ci ilin iyununda 33 ha torpaq sahəsinin icarəyə verilməsi üçün vətəndaşdan yeddi min manat rüşvət alıb, lakin verdiyi vədə əməl etməyib.
 

Daha sonra vətəndaş Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və E.Cəfərov həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 24 Aprel 2024, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin